Psixologiya

Psixologiya (q.yun. ψυχήruh, ruhi aləm; λόγος — bilik, öyrənmək, elm; köhnə Azərbaycandilli mənbələrdə ruhiyyat,[1] az.-əski. روحيات‎)[2] — canlı varlıqların psixikasını, psixi və ruhi fəaliyyətinin prosesini öyrənən elm. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya –psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir.

Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.

  1. https://www.azleks.az/online-dictionary/ruhiyyat?s=my ruhiyyat 1. İnsanın psixikasından, psixi fəaliyyətinin proses və qanunauyğunluqlarından bəhs edən elm. 2. Bu elmin məzmununu təfsir edən fənn.
  2. http://web2.anl.az:81/read/page.php?bibid=142693&pno=18 Arxivləşdirilib 2023-05-08 at the Wayback Machine İctimai-iqtisadi istilahati-elmiyyə lüğəti [Mətn] /müqəddimə.Ə. Ə. Səidzadə, Bakı, 1922. (s.33)

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in